Türkiyə millisinin qapıçısı Altay Bayındır sıradan çıxıb.
Sportinfo.az xəbər verir ki, 23 yaşlı qolkiper Azərbaycanla yoldaşlıq oyunun 72-ci dəqiqəsində zədələnib.
"Fənərbağça"nın üzvü Əli Qurbani ilə üzbəüz epizodda ayağından xəsarət alaraq, meydanı tərk edib.
Bundan başqa, 81-ci dəqiqədə Təmkin Xəlilzadə Halil Akpınara qarşı kobud oynayaraq rəqibini zədələyib. Akpınar meydandan xərəkdə çıxıb. Onu isə Ozan Tufan əvəzləyib.

