"Xəzər Lənkəran"lı məşhur məşqçi "Altay"ı 18 ildən sonra Superliqaya qaytardı - VİDEO

27 May 2021 15:40 Türkiyə 2 021
"Xəzər Lənkəran"lı məşhur məşqçi "Altay"ı 18 ildən sonra Superliqaya qaytardı - VİDEO

Türkiyə Superliqasına vəsiqə qazanan sonuncu klub da bəlli olub.

Sportinfo.az xəbər verir ki, sonuncu vəsiqəni “Altay” təmin edib.

Sözügedən komanda pley-offun finalında “Altınordu”ya 1:0 hesabıyla qalib gəlib. Atatürk Olimpiya Stadionunda keçirilən oyunda yeganə qolu 89-cu dəqiqədə Marko Payşao vurub.

Beləliklə, "Xəzər Lənkəran"ın sabiq baş məşqçisi Mustafa Dənizlinin çalışdırdığı “Altay” 18 illik fasilədən sonra Superliqada iştirak hüququ qazanıb.

Daha öncə TFF 1-ci liqada çempion olan “Adana Dəmirspor” və ikinci pilləni tutan “Girəsunspor” elitaya vəsiqəni təmin etmişdi.

2020/21 mövsümünün yekununa əsasən, Superliqanı “Ərzurumspor”, “Ankaragücü”, “Gənclərbirliyi” və “Dənizlispor” klubları tərk edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti