“Mövsüm başa çatdıqdan dərhal sonra toplanışa başladıq. Dünəndən bütün futbolçular düşərgədədir”.
Sportinfo.az xəbər verir ki, bunu Türkiyə yığmasının baş məşqçisi Şenol Günəş deyib.
AVRO-2020-nin hazırlığına start verən “ay-ulduzlular” təlim-məşq toplanışı çərçivəsində ilk yoldaşlıq görüşünü sabah Alanyada Azərbaycan millisinə qarşı keçirəcək.
69 yaşlı mütəxəssis qarşılaşma öncəsi qısaca təəssüratlarını bölüşüb:
“Əlimizdəki hazır futbolçuları Azərbaycanla oyunda meydana buraxacağıq. Hələlik bütün oyunçularımız hazır deyil. Azərbaycanla dostluq çərçivəsində bir oyun olacaq”.

