Türkiyənin hansı klubu Balotelli ilə danışıq aparır?

27 May 2021 00:28 Türkiyə 844
Türkiyənin hansı klubu Balotelli ilə danışıq aparır?

Türkiyə Super Liqasına vəsiqə qazanan “Adana Dəmirspor” heyətini yeni hücumçu ilə gücləndirmək istəyir.

Sportinfo.az xəbər verir ki, Adana təmsilçisi İtaliyanın “Montsa” klubunda çıxış edən Mario Balotellini heyətinə qatmaq niyyətindədir.

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Xəbərdə, “Adana Dəmirspor”un Balotelli ilə danışıqlar apardığı bildirilir.

Balotellinin “Montsa” ilə müqaviləsi iyunun sonuna qədərdir.

Türkiyə 1-ci liqasında çempion olan “Adana Dəmirspor” yeni mövsümdə Super Liqada iştirak edəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti