Azərbaycandakı italyan: "Türkiyənin uğuru bizi də qürurlandıracaq”

28 May 2021 11:20 Türkiyə 1 028
Azərbaycandakı italyan: "Türkiyənin uğuru bizi də qürurlandıracaq”

"Türkiyə millisini təbrik etmək istəyirəm. Olduqca önəmli uğur əldə etdilər və olduqca önəmli yarışda mübarizə aparacaqlar.

Onlara uğurlar arzulayıram. Qazanacaqları uğur bizi də qürurlandıracaq".

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycanın baş məşqçisi Canni De Byazi deyib. 65 yaşlı mütəxəssis bildirib ki, AVRO-2020-də Türkiyənin İtaliya ilə keçirəcəyi açılış oyunu çox ağır və gərgin keçəcək:

"Açılış oyunu olduğundan, hər iki komandaya çətin olacaq. İtaliya yığmasının yaxşı komanda olduğunu düşünürəm.

Eyni zamanda son duruma baxdıqda, Türkiyə millisinin çox yaxşı legionerləri var. Olduqca keyfiyyətli komandadır. Yaxşı oyun olacağını düşünürəm".

İtaliya - Türkiyə matçı iyunun 11-də Romadakı "Olimpiko" stadionunda olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti