"Azərbaycan müdafiə anlayışı ilə oynayan komandadır"

26 May 2021 14:40 Türkiyə 1 076
"Azərbaycan müdafiə anlayışı ilə oynayan komandadır"

"Azərbaycan millisi ilə ötən il də oynamaq fikrimiz var idi. Amma pandemiya səbəbindən görüş baş tutmadı".

Sportinfo.az xəbər verir ki, bu fikirləri Türkiyə yığmasının baş məşqçisi Şenol Güneş Azərbaycanla keçirəcəkləri yoldaşlıq oyunu barədə danışarkən deyib.

69 yaşlı mütəxəssis Canni De Byazinin başçılıq etdiyi kollektivin müdafiə anlayışı ilə oynadığını bildirib.

Lakin o, əsas məqsədlərinin toplanışın ilk dönəmində sistem baxımından müəyyən rotasiyalar etmək və bəzi oyunçuları iş başında görməkdən ibarət olduğunu vurğulayıb.

“Futbol Aklı” verilişinin qonağı olan 69 yaşlı mütəxəssis millimizlə sabah keçiriləcək yoldaşlıq görüşü haqda da fikirlərini bildirib:

“Azərbaycan müdafiə anlayışı ilə oynayan komandadır. Ancaq bizim əsas məqsədimiz toplanışın ilk mərhələsində oyun sistemində bəzi sınaqlar aparmaq və futbolçuları görməkdir”.

Mayın 27-də Alanyadakı Oba stadionunda keçiriləcək Türkiyə - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti