"Bakı Olimpiya Stadionunu (BOS) gəzdim, çox gözəldir".
Sportinfo.az xəbər verir ki, bu sözlər Türkiyə yığmasının baş məşqçisi Şenol Günəşə aiddir.
O, İctimai TV-də yayımlanan "Bol idman" verilişinə müsahibəsində Bakıda keçiriəcəkləri AVRO-2020-nin oyunları barədə danışıb:
"Neftçi"nin ev oyunlarını keçirdiyi "Bakcell Arena"nı da bəyəndim. Qutu kimidir. Ot örtüyü də əladır. Bilirsiz ki, orada məşq edəcəyik. Amma BOS daha yaxşıdır. Kaş, arena tam dolardı".
AVRO-2020 bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir. Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.

