AFFA-nın icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədov Türkiyəyə yollanıb.
Federasiyadan Sportinfo.az-a daxil olan məlumata görə, o, sabah iki ölkənin yığma komandaları arasında keçiriləcək yoxlama görüşünü izləyəcək.
Matçdan öncə isə E.Məmmədov Türkiyə Futbol Federasiyasının prezidenti Nihat Özdemir və yerli mənsublarla bir araya gələcək.
Görüşdə Türkiyə millisinin AVRO-2020 çərçiəvsində Bakıda keçirəcəyi görüşlərə hazırlıq, təşkilati məsələlər müzakirə ediləcək. Həmçinin iki federasiya arasında əlaqələrin gücləndirilməsi ətrafında fikir mübadiləsi aparılacaq.

