“İcazə verilsə, biz də UEFA-dan tələb edəcəyik ki..."

26 May 2021 23:00 Türkiyə 1 679
“İcazə verilsə, biz də UEFA-dan tələb edəcəyik ki..."

"Milli komandamız hazırlıqlara başlayıb. Mayın 27-də Alanyada dost ölkə Azərbaycanla oynayacağıq".

Sportinfo.az xəbər verir ki, bu fikirləri Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Nihat Özdemir "beIN SPORTS" telekanalına açıqlamasında yığmanın keçirəcəyi yoldaşlıq görüşləri barədə danışarkən deyib.

Funksioner bildirib ki, Şimali İrlandiya ilə planlaşdırılan oyun pandemiya ilə bağlı məhdudiyyətlərə görə ləğv olunub:

"Əvəzində Qvineya seçməsi ilə qarşılaşacağıq. Rəqib yaxşı oynayan komandadır. İyunun 3-də Almaniyada Moldova yığması ilə üz-üzə gələcəyik.

Həmin ayın 11-də isə bütün dünyanın izləyəcəyi AVRO-2020-nin açılış matçında İtaliya millisi ilə oynayacağıq. Azarkeşlərin iştirakına icazə verilsə, biz də UEFA-dan öz fanatlarımızın stadiona buraxılmasını tələbə edəcəyik".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti