Türkiyə millisinin 3 futbolçusu koronavirusa yoluxdu

29 Mart 2021 10:00 Türkiyə 735
Türkiyə millisinin 3 futbolçusu koronavirusa yoluxdu

Türkiyə millisində 3 futbolçunun koronavirus testi müsbət çıxıb.

Sportinfo.az xəbər verir ki, bu barədə "NTV Spor" məlumat yayıb.

Bildirilib ki, DÇ-2022-nin seçmə mərhələsinin 2-ci turunda İspaniyanın Malaqa şəhərində oynanılan Norveçlə matçdan (3:0) sonra İstanbula dönən "ay ulduzlular"ın heyəti koronavirus testindən keçib. Simptomu olmayan 3 oyunçuda koronavirus aşkarlanıb.

Latviya ilə görüş üçün sabah götürüləcək test nümunələrin ardından sözügedən oyunçuların durumu müəyyənləşəcək. Nəticə yenidən pozitiv çıxacağı təqdirdə, 3 futbolçu millinin heyətindən çıxarılacaq.

Koronavirus aşkarlanan oyunçuların adları açıqlanmayıb. Martın 30-u keçiriləcək Türkiyə - Latviya görüşü Bakı vaxtı ilə 22:45-də başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR