Türkiyə möhtəşəm oyunla Norveçi darmadağın etdi - VİDEO

28 Mart 2021 00:30 Türkiyə 3 352
Türkiyə möhtəşəm oyunla Norveçi darmadağın etdi - VİDEO

Türkiyə millisi DÇ-2022-nin seçmə mərhələsində növbəti oyuna çıxıb.

Sportinfo.az xəbər verir ki, Şenol Günəşin baş məşqçisi olduğu komanda 2-ci turda Norveçin qonağı olub.

İspaniyanın Malaqa şəhərində keçirilən görüşdə "ay-ulduzlular" 3:0 hesabı ilə qalib gəlib.

Bu qələbə ilə xalını 6-ya çatdıran Türkiyə G qrupunda 1-ci pilləyə yüksəlib. Monteneqro eyni xalla 2-ci, Niderland 3 xalla 3-cüdür.

Qardaş ölkə ilk turda Niderlanda 4:2 hesabı ilə qalib gəlmişdi.

Norveç - Türkiyə - 0:3
Qollar
: Ozan Tufan, 4, 59, Çağlar Söyüncü, 28
Qırmızı vərəqə: Thorstvedt, 80 (Norveç)

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR