“Burnumuzu aşağı salmaq olmaz - Niyə sakitəm? Ağlamalıyam?"

26 Mart 2021 10:20 Türkiyə 887
“Burnumuzu aşağı salmaq olmaz - Niyə sakitəm? Ağlamalıyam?

Niderlandın baş məşqçisi Frank de Bur DÇ-2022-nin seçmə mərhələsinin ilk turunda Türkiyəyə qarşı keçirdikləri səfər matçını şərh edib.

Sportinfo.az xəbər verir ki, baş məşqçi 2:4 hesabıyla məğlub olduqları oyunu belə şərh edib:

“Burnumuzu aşağı salmaq olmaz. Bu, hələ ilk tur idi. Niyə sakitəm? Ağlamalıyam? Layiqli rəqibə məğlub olduq.

Düzdür, belə komandaları məğlub etməliyik. Lakin qələbə rəqibə qismət oldu. Topa daha çox sahib olan, təhlükəli qol imkanları yaradan biz idik.

Fasilədən sonra dərhal tempi artırmalı idik. Komandama inanıram və bilirəm ki, futbolçular əllərindən gələni etdilər.

Düzdür, nəticə xəyal qırıqlığı yaratdı, lakin türklər də bu oyunda ölümcül təsirli idilər”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR