"Fənərbağça" Erol Bulutu baş məşqçi postundan istefaya göndərib.
Sportinfo.az xəbər verir ki, 46 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Mövsümün qalan hissəsində komandaya idman direktoru Emre Belözoğlu rəhbərlik edəcək.
Erol Bulut "Fənərbağça"ya 5 avqust 2020-ci ildə baş məşqçi təyin olunub. Hazırda bu komanda 30 oyundan 59 xalla 3-cü pillədə qərarlaşıb və bir oyun az keçirmiş lider "Beşiktaş"dan 5 xal geri qalır.

