"Qalatasaray" Premyer Liqadan müdafiəçi transfer dir

24 Mart 2021 21:40 Türkiyə 822
"Qalatasaray" Premyer Liqadan müdafiəçi transfer dir

"Qalatasaray" heyətini gücləndirmək üçün transfer fəaliyyətinə başlayıb.

Sportinfo.az xəbər verir ki, İstanbul təmsilçisi "Lids"in müdafiəçisi Yezqan Alioskiyi transfer etmək istəyir.

Şimali Makdeoniya millisinin üzvü Premyer Liqa təmsilçisi ilə müqaviləsini yeniləmək üçün razılığa gələ bilməyib.

Bu səbəbdən Alioskiy İngiltərə klubundan ayrılmağa qərar verib. Mövsümün sonunda azad agent statusu daşıyacaq sol cinah müdafiəçisi ilə ciddi şəkildə maraqlanan "Qalatasaray"dır.

Alioskiy bu mövsüm keçirdiyi 29 oyunda 3 qol vurub. "Lids" şimali makdeoniyalı futbolçunu 2017-ci ildə İsveçrənin "Luqano" klubundan 2,5 milyon avroya transfer edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR