"Trabzonspor" Türkiyə Superliqasında 31-ci tur oyununa çıxıb.
Sportinfo.az xəbər verir ki, Trabzon təmsilçisi "Ankaragücü"nü qəbul edib və 4:1 hesabı ilə qalib gəlib.
Bu qələbə ilə xalını 55-ə yüksəldən "Trabzonspor" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb, "Ankaragücü" isə 29 xalla 17-cidir. Turnir cədvəlinə 63 xalla "Beşiktaş" başçılıq edir.
"Trabzonspor" - "Ankaragücü" 4:1
Qollar: Ekuban, 8 (1:0), Akdağ, 26-pen (1:1), Ekuban, 28 (2:1), Dyanini, 30 (3:1), Edqar, 90+4 (4:1)

