Türkiyə klubu "Qarabağ"dan gedən məşqçiyə tapşırıldı

24 Fevral 2021 16:20 Türkiyə 1 037
Türkiyə klubu "Qarabağ"dan gedən məşqçiyə tapşırıldı

Rumıniyalı baş məşqçi Dan Petresku ilə yollarını ayıran Türkiyə "Kayserispor"unda yeni təyinatlar açıqlanıb.

Sportinfo.az Superliqa klubunun rəsmi saytına istinadən xəbər verir ki, komandada baş məşqçinin səlahiyyətləri Uğur Kulaksız ve Alper Kelkitliyə həvalə edilib.

Kayseri təmsilçisində əsas söz sahibi Uğur Kulaksız olacaq. Klub hər iki mütəxəssisə qarşıdakı oyunlarda uğurlar arzulayıb.

Uğur Kulaksız 2011 - 2012-ci ildə "Qarabağ" klubunun akademiyasında işləyib.

Digər Xəbərlər
Xəbər Lenti