Özili gətirən “Fənərbaxça”dan yayda gedəcək 4 futbolçu

16 Fevral 2021 22:00 Türkiyə 876
Özili gətirən “Fənərbaxça”dan yayda gedəcək 4 futbolçu

“Fənərbaxça” mövsümün sonunda heyətində təmizləmə işləri aparacaq.

Sportinfo.az xəbər verir ki, İstanbul təmsilçisi yayda yollarını ayıracağı 4 futbolçunu artıq müəyyənləşdirib.

Rəhbərlik qapıçı Harun Təkinlə yeni müqavilə imzalamağı planlaşdırmır.

Ötən yay heyətə cəlb edilən yarımmüdafiəçi Mərt Hakan Yandaş və hücumçu Sinan Gümüş də ümidləri doğrultmayıb. Baş məşqçi Erol Bulut onlardan oyunçu dəyişikliyi üçün istifadə etməyin əleyhinə deyil.

“Fənərbaxça”dan ayrılması gözlənilən digər futbolçu Ozan Tufandır. “Sarı-lacivərdlilər” Avropa klublarının diqqət mərkəzində olan yarımmüdafiəçinin satışından yüksək gəlir götürmək və bunu yeni transferlərə xərcləmək fikrindədir.

Digər Xəbərlər
Xəbər Lenti