Falkao "Qalatasaray"da qalacaq - 33 milyon avro itki

12 Fevral 2021 00:00 Türkiyə 1 016
Falkao "Qalatasaray"da qalacaq - 33 milyon avro itki

"Qalatasaray"ın cari mövsüm tribunalardan itkisi 33 milyon avro olub.

Sportinfo.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin I vitse-prezidenti Abdurrahim Albayrak açıqlama verib.

Klub rəsmisi bunun önəmli məbləğ olduğunu söyləyib.

O, uruqvaylı qapıçıları Fernando Musleranın klubdakı taleyi ilə bağlı danışıb: "Muslera klubumuzun simvoludur. "Qalatasaray"lıdır və bizimlə qalmağa davam edəcək. Sözləşməsi bitən digər futbolçularla da danışıqlarımızı davam etdiririk".

Abdurrahim Albayrak Radamel Falkaonun da komandada qalacağını və onun üçün kluba təklif gəlmədiyini vurğulayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR