"Qalatasaray" derbidə "Fənərbağça"nı məğlub etdi - VİDEO

6 Fevral 2021 22:20 Türkiyə 750
"Qalatasaray" derbidə "Fənərbağça"nı məğlub etdi - VİDEO

Türkiyə Super Liqasında "Fənərbağça" və "Qalatasaray" arasında İstanbul derbisi keçirilib.

Sportinfo.az xəbər verir ki, XXIII tura təsadüf edən qarşılaşma "Ülker stadionu"nda baş tutub.

FIFA referisi Cüneyt Çakırın idarə etdiyi oyun "Qalatasaray"ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qonaqların heyətində qolu 54-cü dəqiqədə misirli futbolçu Mustafa Məhəmməd vurub.

"Sarı qırmızılar" bu nəticədən sonra 48-ci xalını qazanıb və "Fənərbağça" ilə birlikdə 1-2-ci yerləri bölüşdürür.

Digər Xəbərlər
Xəbər Lenti