“Ölü olduğunu düşünürdük, amma ayağa qalxırdılar”

5 Fevral 2021 18:40 Türkiyə 1 698
“Ölü olduğunu düşünürdük, amma ayağa qalxırdılar”

“Beşiktaş”ın baş məşqçisi Sərgən Yalçın Türkiyə Superliqasında “Antalyaspor”la 1:1-lik heç-heçə etdikləri oyun haqda maraqlı açıqlama verib.

Sportinfo.az xəbər verir ki, o, rəqib futbolçuların tez-tez yerə yıxıldıqlarını deyib. Mütəxəssis bildirib ki, Antalya təmsilçisinin futbolçuları meydanda ölü kimi uzanırdılar:

“Sonuna qədər mübarizə aparacağıq. Rəqib futbolçular tez-tez yerə yıxılırdılar. Öldü zənn edirdik, amma sonra ayağa qalxırdılar.

Belə oyunla 1 xal qazansalar da, nə olacaq? Qapıçımız heç matçda əziyyət çəkmədi. Belə komandalarla oyunda necə qalib gələcəyik? Ötən qarşılaşmada da heç 20 dəqiqə oyun olmadı”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR