Şenol Güneş Bakı yolunda: "AVRO-2020-də iz qoymaq istəyirik"

3 Fevral 2021 20:40 Türkiyə 548
Şenol Güneş Bakı yolunda: "AVRO-2020-də iz qoymaq istəyirik"

"Vəzifəyə başlayarkən, hədəfimiz AVRO-2020-nin final mərhələsinə vəsiqə qazanmaq idi.

Bəzi çətinliklərimiz oldu. Amma yaxşı işlər görüb, mübariz, hamının bəyəndiyi komanda formalaşdırdıq. Bunun nəticədə özünü göstərməsi bizi sevindirdi".

Sportinfo.az xəbər verir ki, bunu Türkiyə millisinin baş məşqçisi Şenol Güneş bu il keçiriləcək Avropa çempionatındakı hədəfləri barədə danışarkən deyib.

69 yaşlı mütəxəssis bildirib ki, turnir ciddi hazırlaşsalar da, pandemiya bütün planları pozub: "Həm Türkiyə, həm də Avropa liqalarının dayandırılması oyunçulara mənfi təsir etdi.

Gənc komandamız var, bu uşaqların ötən il Avropa çempionatında oynamağını, nələrə qadir olduqlarını görmək istəyirdim. Amma pandemiya buna mane oldu. Digər tərəfdən isə, zədələli oyunçularımızın sağalması yaxşı oldu".

Yığmanın ümumi durumunu dəyərləndirən Güneş AVRO-2020-də iz qoymaq istədiklərini vurğulayıb: "Dəyərimizi yüksəltmək istəyirik. Heyətdəki futbolçuların heç biri dünya çempionatı görməyib. Hər birinin məqsədi Türkiyəni layiqincə təmsil etməkdir.

Bu yolla ölkəni daha yaxşı tanıda bilərlər. Ona görə də məsuliyyət çoxdur. Komandamızdan qürur duyacağımız oyun və nəticələr gözləyirik. AVRO-2020-də iz qoymaq istəyirik. Bu cür turnirlər ölkəni tanıtmaq üçün ən yaxşı səhnədir. Bundan maksimum yararlanmaq lazımdır".

2020-ci ildə keçirilməli olan Avropa çempionatı koronavirus pandemiyası üzündən bu il 11 iyun - 11 iyula təxirə salınıb. AVRO-2020-yə Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam şəhərləri ev sahibliyi etməlidir.

Türkiyə millisi İtaliya, İsveçrə və Uelslə birlikdə A qrupunda mübarizə aparacaq. Bakı Olimpiya Stadionu qrupun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"