“Qalatasaray” daha iki transferi rəsmən açıqladı

1 Fevral 2021 10:20 Türkiyə 1 187
“Qalatasaray” daha iki transferi rəsmən açıqladı

“Qalatasaray” daha iki futbolçunu transferini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, İstanbul nəhəngi bir müddətdir danışıq apardığı Deandre Yedlin və Gedson Fernandesi heyətinə qatıb.

İngiltərə klubu “Nyukasl”dan alınan Yedlin yeni komandası ilə 3,5 illik müqaviləni razılaşdırıb.

İngiltərənin digər klubu “Tottenhem”in icarə müqaviləsinə xitam verdiyi yarımmüdafiəçi Gedson Fernandes isə müqavilə ilə məxsus olduğu “Benfika”ya qayıtmayıb.

Portuqaliya təmsilçisi 22 yaşlı futbolçunu mövsümün sonuna qədər “cim-bom”a icarəyə verib.

“Qalatasaray” qış fasiləsində daha əvvəl Henri Onyekuru və Halil Dərvişoğlunu transfer etmişdi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR