Fransa klubundan ayrıldı, Super Liqaya döndü

31 Yanvar 2021 22:00 Türkiyə 626
Fransa klubundan ayrıldı, Super Liqaya döndü

“Qaziantep” heyətini yeni futbolçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, Super Liqa təmsilçisi Fransanın “Havr” klubunda forma geyinən türk futbolçu Ertuğrul Ersoyu heyətinə qatıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 23 yaşlı mərkəz müdafiəçisi Liqa 2 təmsilçisindən 1.5 illik icarəyə götürülüb. Amma müqavilədə satınalma şərti də var.

“Bursaspor”un yetirməsi olan Ertuğrul Ersoy Fransa klubuna 2019/20 mövsümünün əvvəlində transfer edilmişdi. Türkiyə millisinə də dəvət alan futbolçu “Havr”da 35 oyuna çıxıb.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!