Cenk Tosun icarə əsasında "Beşiktaş"a qayıtdı

31 Yanvar 2021 01:52 Türkiyə 524
Cenk Tosun icarə əsasında "Beşiktaş"a qayıtdı

"Everton"un futbolçusu Cenk Tosun karyerasını "Beşiktaş"da davam etdirəcək.

Sportinfo.az xəbər verir ki, klublar arasında transferlə bağlı razılıq əldə olunub.

Razılığa əsasən, 29 yaşlı oyunçu bu mövsümün sonuna kimi icarə əsasında İstanbul təmsilçisində çıxış edəcək.

Türkiyə millisinin üzvü bu mövsüm "Everton"da 7 matça çıxıb və 1 qol vurub.

C.Tosun 2018-ci ilin yanvarında 22.5 milyon avroya məhz "Beşiktaş"dan "Everton"a transfer olunub.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!