Türkiyə, İsveçrə və Uels azarkeşləri Bakıya gələ bilməyəcək?

30 Yanvar 2021 17:20 Türkiyə 1 106
Türkiyə, İsveçrə və Uels azarkeşləri Bakıya gələ bilməyəcək?

UEFA AVRO-2020-də azarkeşlərin hərəkətini məhdudlaşdırmaq üçün sərt tədbirlər görməyi planlaşdırır.

Sportinfo.az "The Times" nəşrinə istinadən xəbər verir ki, Avropa çempionatının qrup mərhələsinin matçlarında yalnız oyunların keçiriləcəyi ölkələrdəki fanatlar iştirak edə bilərlər.

1/8 finaldan isə çox az sayda xarici tərəfdarın səyahətinə icazə veriləcəyi gözlənilir. Bu halda Türkiyə, İsveçrə və Uels azarkeşləri Bakıya gələ bilməyəcək.

Qərar təsdiqlənərsə, qitə futbol qurumu bilet alanların pulunu geri qaytarmalı və yenidən satış təşkil etməlidir.

2020-ci ildə keçirilməli olan Avropa çempionatı koronavirus pandemiyası üzündən bu il 11 iyun - 11 iyula təxirə salınıb. AVRO-2020-yə Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam şəhərləri ev sahibliyi etməlidir.

Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.

Digər Xəbərlər
Xəbər Lenti