Super Liqa klubu yenə baş məşqçisiz qaldı

29 Yanvar 2021 12:00 Türkiyə 696
Super Liqa klubu yenə baş məşqçisiz qaldı

“Dənizlispor”un baş məşqçisi Yalçın Koşukavak istefa verib.

Sportinfo.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Super Liqa çərçivəsində keçirdiyi son oyunda “Fatih Karagümrük”ə doğma meydanda 1:2 hesabıyla uduzan Dənizli təmsilçisinin çalışdırıcısı vəzifəsindən getməyə qərar verib. Rəhbərlik artıq onun istefasını qəbul edib.

Qeyd edək ki, “Dənizlispor” mövsümə Azərbaycan yığmasının sabiq çalışdırıcısı Robert Prosineçki ilə başlamışdı.

Xorvat mütəxəssisin istefasından sonra bu post Kenan Atikə tapşırılsa da, o da vəzifəsindən ayrılmaq məcburiyyətində qalmışdı və klub Yalçın Koşukavakla anlaşmışdı.

Onun rəhbərliyi altında komanda 9 oyuna çıxıb, 2 qələbə, 2 heç-heçəyə imza atıb, 5 məğlubiyyətə üzülüb.

“Dənizlispor” Super Liqada 20 oyuna topladığı 14 xalla sonuncu pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti