Maaşının azaldılmasına razı olmayan baş məşqçi istefaya göndərildi

11 Yanvar 2021 00:28 Türkiyə 632
Maaşının azaldılmasına razı olmayan baş məşqçi istefaya göndərildi

"Qaziantep" baş məşqçisi Marius Şumuditsa ilə yollarını ayırıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Superliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Türkiyə mətbuatı rumıniyalı mütəxəssislə klub rəhbərliyi arasında münasibətlərin pisləşməsinə görə onun istefaya göndərildiyini yazıb. Baş məşqçinin maaşının azaldılması ilə razılaşmadığı üçün rəhərliyin bu addımı atdığı bildirilib.

50 yaşlı mütəxəssis bugünlərdə Türkiyə mətbuatına açıqlamasında illik maaşının 600 min avro olduğunu və həyat yoldaşına zəng edərək ondan pul istəyəcəyini bildirmişdi.

Şumuditsa 2019-cu ildən "Qaziantep"i çalışdırırdı. Hazırda komanda Superliqada 31 xalla 4-cü pillədədir.

Digər Xəbərlər
Xəbər Lenti