Məsut Özil “Fənərbaxça” ilə 3,5 illik müqavilə bağlayır?

7 Yanvar 2021 00:14 Türkiyə 963
Məsut Özil “Fənərbaxça” ilə 3,5 illik müqavilə bağlayır?

“Arsenal”ın yarımmüdafiəçisi Məsut Özil “Fənərbaxça”nın formasını geyinməyə hazırlaşır.

Sportinfio.az xəbər verir ki, bu iddia ilə Türkiyə mətbuatı çıxış edib.

DHA-nın məlumatına əsasən, “sarı-lacivərdlilər” uzun müddətdir israrla heyətinə qatmağa çalışdığı Almaniya millisinin sabiq üzvü ilə ortaq məxrəcə gəlib. İddiaya görə, Özil İstanbul təmsilçisi ilə 3,5 illik müqavilə imzalamağa razılıq verib.

“Arsenal” da müqavilə müddəti mövsümün sonuna qədər olan oyunçusunu yola salmaqda maraqlıdır.

Hətta “topçular”ın son 6 aylıq maaşın yarısını qarşılamağa hazır olduğu da vurğulanıb. O da əlavə olunub ki, bu transferdə “Fənərbaxça” azarkeşi olması ilə tanınan iş adamı Acun İlıcalı böyük rol oynayıb.

Məsut Özil ABŞ-ın “DS Yunayted” klubunun da diqqət mərkəzindədir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR