Bu kəndin erməni sakinləri evlərini yandırdı, Paşinyanı lənətlədi - VİDEO

5 Yanvar 2021 09:00 Türkiyə 1 549
Bu kəndin erməni sakinləri evlərini yandırdı, Paşinyanı lənətlədi - VİDEO

Zəngəzur rayonunun Şurnux kəndinin sakinləri evlərini yandırırlar.

Sportinfo.az xəbər verir ki, yanvarın 4-də Şurnux kənd sakini Ararat Agabekyan tərəfindən bir video yayımlandı.

Kənd sakini səlahiyyətlilərin davranışının buna səbəb olduğunu qeyd etdi.

"Nikol, budur Şurnux sakinindən Yeni il hədiyyəsi. Bu, müvəqqətidir. Evimi yenidən tikəcəyəm. Növbə ilə yandıracağıq, Nikol, və səni ən böyük odda yandıracağıq.

Sən qoşunları məhv etdin, insanları məhv etdin, sənə lənət etməyi öyrətdin, ev yandırmağı öyrətdin. Nikol, sən də bu atəşdə yandırılmalı idin, səbəb sənsən", - dedi kənd sakini.

Diqqətinizə bu videonu təqdim edirik.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR