"Əziz Prezidentim, sizə minnətdarlıq borcum var.
Azərbaycana gedərkən təyyarəni saxlayıb, gecə mənə zəng etməyiniz, xəstəxanaya tapşırıq verməyiniz çox xoş idi".
Sportinfo.az xəbər verir ki, bu sözləri türkiyəli futbol mütəxəssisi Yılmaz Vural deyib.
“Sizə çox təşəkkür edirəm. Səhiyyə nazirimiz Fahrettin Koca Qoca bəy də sağ olsun!”, - o bildirib.
Yılmaz Vural bir müddət əvvəl koronavirusa yoluxmuşdu.

