Türkiyədə klub almaq istəyən azərbaycanlı biznesmenlər kimlərdir?

30 Dekabr 2020 16:20 Türkiyə 2 779
Türkiyədə klub almaq istəyən azərbaycanlı biznesmenlər kimlərdir?

Bir müddət əvvəl azərbaycanlı iş adamlarının Türkiyə klub almaq istədiyini xəbər vermişdik.

Söhbət «Sancaktepe»dən gedir.

II Liqanın «Bəyaz qrup»unda mübarizə aparan komanda hazırda maliyyə çətinliyindən əziyyət çəkir. Koronavirus pandemiyası 2008-ci ildən fəaliyyət göstərən klubun maddi dayaqlarını kifayət qədər sarsıdıb.

Odur ki, təsisçilər «Sancaktepe»nin səhm paketini satışa çıxarıb. Ən real müştəri isə Azərbaycandandır. Nümayəndə heyəti İstanbulda klub rəhbərliyi ilə görüşüb və şərtləri müzakirə edib.

2008-ci ildə «Samandıraspor» ismiylə mücadilə edən, daha sonra adını «Sancaktepe Gençlikspor» olaraq dəyişdirən və 2009-2010 mövsümünün axırında III Liqaya yüksələn klub tarixində ilk dəfə peşəkar çempionatda qüvvəsini sınamağa başlayıb.

Burada «Sancaktepe Belediyespor» adını alan İstanbul təmsilçisi 2016-2017 mövsümünü III Liqa 1 qrupunda çempion olaraq tamamlayıb və II Liqaya vəsiqə alıb.

Ötən il II Liqanın «Bəyaz qrup»unda yer alan «Sancaktepe Belediyespor» Hikmet Sevim ilə başladığı mövsümdə 4-cü həftənin ardından Mustafa Uğur yönətimində yoluna davam edib.

34 maçtda 15 qalibiyyət, 8 bərabərlik və 11 məğlubiyyət alan komanda 53 xal toplayaraq, qrupu 6-cı pillədə bitirib.

Bu yay isə bələdiyyədən ayrılan klub anonim şirkət kimi yenidən təsis olunub və «Sancaktepe» FK-ya çevrilib. Problemlər də buradan başlayıb.

Bələdiyyə sədrinin maliyyəni tamamilə kəsməsi klubu müflisləşmə həddinə çatdırıb.

İndi «Sancaktepe»ni himayəsinə götürmək istəyən azərbaycanlı iş adamları kimdir?

Bildiyimizə görə, Türkiyəyə yollanan şəxslər Rusiynın biznes sferasına bağlıdır. Moskva, Sankt-Peterburq və Orenburq kimi böyük şəhərlərində ticarət şəbəkəsi qurublar.

Onların həmçinin «Qalatasaray»ın prezidenti Mustafa Cenigizlə yaxın münasibətlərə malikdir.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR