Qış fasiləsində heyətini gücləndirməyə çalışan “Qalatasaray” 2 yerli futbolçuya maraq göstərir.
Sportinfo.az xəbər verir ki, “Kasımpaşa”nın yarımmüdafiəçisi Aytaç Kara ilə anlaşmağa yaxın olan “cim-bom” daha bir keçidə hazırlaşır.
Orta sahəni genişləndirmək istəyən baş məşqçi Fatih Terim indi də “Kayserispor”dan yenicə qovulan Hasan Hüseyin Acarın xidmətində maraqlıdır.
Transfer vərəqəsi əlində olan 26 yaşlı oyunçu ilə məvacibdə anlaşma əldə edilərsə, tezliklə münasibətlər rəsmiləşdiriləcək.
Hasan Hüseyin Acar bu ilin mayında Azərbaycan millisində oynamaq üçün AFFA-dan təklif aldığını, lakin Türkiyə yığmasında çıxış etmək arzusuna görə, bundan imtina etdiyini açıqlamışdı.

