Araz Abdullayevin oyununu krandan izlədi - Klub prezidentdi

10 Dekabr 2020 19:20 Türkiyə 1 103
Araz Abdullayevin oyununu krandan izlədi - Klub prezidentdi

Türkiyə 1-ci Liqasının 13-cü turunda keçirilən “Ümraniyespor” – “Boluspor” matçında maraqlı hadisə baş verib.

Sportinfo.az xəbər verir ki, futbolçumuz Araz Abdullayevin də çıxış etdiyi “Boluspor”un prezidenti Abdullah Abat oyunu krandan izləyib.

O, İntizam Komitəsi tərəfindən cəzalandırıldığı üçün belə bir addım atıb. Sözügedən matç qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Abdullayev isə meydana start heyətdə çıxıb və 69-cu dəqiqəyədək mübarizə aparıb.

“Boluspor” turnir cədvəlində 13 xalla 12-ci pilədə qərarlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR