COP29

Birinci şəxs ilk dəfə açıqladı: O, baş məşqçini niyə istefaya yollayıb? - FOTOLAR

23 İyun 15:15 Turan 2 748
Birinci şəxs ilk dəfə açıqladı: O, baş məşqçini niyə istefaya yollayıb? - FOTOLAR

"Turan Tovuz"un İdarə Heyətinin sədri Ehtiram Quliyev azarkeşlərlə görüş keçirib.

Tovuz şəhər stadionunda keçirilən görüşdə klubun gələcək planları, strategiyası, əsas komanda və akademiya ilə bağlı ətraflı məlumat verilib, fikir mübadiləsi aparılıb.

Ehtiram Quliyev azarkeşlərin təklif və problemlərini dinləyib, suallarını cavablandırıb

O, Ayxan Abbasovu heç kimin gözləmədiyi halda istefaya yollaması barədə danışıb.

Sədr keçmiş baş məşqçidən həm insan, həm də mütəxəssis kimi razı olduğunu, sırf aradakı fikir ayrılığı səbəbindən müqaviləyə xitam verdiklərini bildirib.

Gənc çalışdırıcının fəaliyyətini təqdir edən iş adamı söyləyib ki, o, Premyer Liqanın axır 3 turunda - avrokuboklara getmək şansı qalmayandan sonra Abbasovdan gənclərə üstünlük verməsini istəyib.

Quliyev deyib ki, baş məşqçi buna isti yanaşmayıb, üstəlik, növbəti mövsümlə bağlı planlar üst-üstə düşməyib.

Belə ki, Abbasovdan avrokuboklara vəsiqə uğrunda mübarizə aparmaq tələb olunsa da, çalışdırıcı məsuliyyəti öz üzərinə götürməyib, «biz buna yalnız cəhd edə bilərik» cavabı verib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti