COP29

7 oldu, yenə də olacaq: “Biz bu prosedən kənarda, yaxud onlardan geri qala bilmərik”

10 İyun 09:40 Turan 1 530
7 oldu, yenə də olacaq: “Biz bu prosedən kənarda, yaxud onlardan geri qala bilmərik”

“Biz hazırda birinci növbədə çalışırıq ki, əvvəlki heyətimizin özəyini qoruyaq”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Turan Tovuz”un idman və əməliyyatlar üzrə direktoru Səməd Nəsibov deyib.

Ayxan Abbasovla vidalaşan qərb təmsilçisi hələ yeni baş məşqçi tapmayıb. Bu istiqamətdə axtarışlarını davam etdirən rəhbərlik digər tərəfdən futbolçu bazarında aktivlik göstərir.

Faiq Hacıyev, Otto Con, Sadiq Quliyev, Alexandro Serrano, Emmanuel Hakman, Aleks Souza və Şəhriyar Əliyevlə yeni müqavilə imzalanıb.

Klubun aparıcı funksioneri bildirib ki, yeni çalışdırıcı tapılana qədər komandanın özəyini qorumaq vacibdir:

“Yəqin ki, yaxın günlərdə baş məşqçi məsələsinə tam aydınlıq gələcək. İndi bütün klublar oyunçu axtarır.

Biz də bu prosedən kənarda, yaxud onlardan geri qala bilmərik. əksər futbolçularımızla yolumuza davam etmək istəyirik”.

Digər Xəbərlər
Xəbər Lenti
15 İyul 16:10 Çək və bizə göndər!
15 İyul 03:50 Milyonda bir şans...
15 İyul 03:00 Azərbaycani 4-cü oldu