“Turan”ı uddular, şikayətləndi: “Siyahıda o qədər də çox oyunçumuz yoxdur”

11 Yanvar 01:50 Turan 1 746
“Turan”ı uddular, şikayətləndi: “Siyahıda o qədər də çox oyunçumuz yoxdur”

"Qloriya Buzau"nun baş məşqçisi Eugen Neaqo Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında “Turan Tovuz” üzərində yoldaşlıq görüşündə qazanılan qələbəni (2:0) şərh edib.

Sportinfo.az xəbər verir ki, “Prosport”a danışan Rumıniya klubunun çalışdırıcısı bunları deyib:

“Xeyirli matç oldu. Bəzi oyunçular planlaşdırdığımız kimi 90 dəqiqə oynadı.

Həqiqətən də hamını əvəz edə bilməzdim. Çünki siyahıda o qədər də çox oyunçumuz yoxdur.

Mən noyabrdan bəri bu məsələni müzakirə etmək istərdim, amma bu istiqamətdə heç bir irəliləyiş yoxdur”.

Digər Xəbərlər
Xəbər Lenti