İdmançı qəhrəmanlar - FOTOLAR

8 Avqust 2020 19:45 Tokio-2020 4 012
İdmançı qəhrəmanlar - FOTOLAR

Qırx il əvvəl Moskvada XXII Olimpiya oyunları start götürüb. Olimpiada-80-də SSRİ yığmasının tərkibində müttəfiq respublikalardan olan idmançılar iştirak ediblər.

Sportinfo.az ümumi qələbədə əməyi olan keçmiş idmançıların fotolarını təqdim edir.

Moskvada 1980-ci ildə keçirilmiş XXII Yay Olimpiya oyunları Şərqi Avropada, sosialist ölkəsində keçirilmiş ilk oyunlar olub. Sovet heyətinə 514 nəfər daxil idi. Onların arasında SSRİ-nin bütün respublikalarından olan idmançılar var idi.

Moskva Olimpiadasında ümumi qələbəyə öz töhfələrini Azərbaycandan olan beş idmançı da verib. Onların qazandığı 5 medal arasında qızıl da var. Azərbaycan SSR-i təmsil edən Larisa Savkina həndbol yığmasının tərkibində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Ümumilikdə SSRİ idmançıları 195 medal qazanıblar. Onlardan 80-i qızıl, 69-u gümüş, 46-sı isə bürünc olub. Sovet idmançıları 1980-ci il oyunlarında olan bütün idman növlərində qalib gəliblər.

Xəbər Lenti