"Problemlər oldu, istədiyim nəticəni əldə edə bilmədim"

16 Dekabr 2019 18:13 Tokio-2020 864
"Problemlər oldu, istədiyim nəticəni əldə edə bilmədim"

“Olimpiya Oyunlarına hazırlaşırıq. Hədəfim Tokio Olimpiadasıdır. Artıq həmin yarışa doğru son addımları atırıq”.

Sportinfo.az xəbər verir ki, bunu azərbaycanlı atlet Ramil Quliyev deyib. Türkiyə yığmasının şərəfini qoruyan dünya və Avropa çempionu gələcək planlarını açıqlayıb.

O bildirib ki, Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya qazanmaqla ilk məqsədinə çatıb. Quliyevin növbəti hədəfi isə Olimpiya çempionu olmaqdır:

“Tokioda karyeramın zirvə yarışına qatılacam. Son dünya çempionatında sağlamlığımda problemlər olduğu üçün istədiyim nəticəni əldə edə bilmədim. İnşallah, Olimpiadada hər şey istədiyimiz kimi olacaq.

Tokioda çox gözəl bir çıxış planlaşdırırıq. Yarışdan əvvəl bir neçə sınaq turnirlərinə qatılacam. Oyunlarda mübarizə aparacaq eyni atletlərlə qaçacağıq.

Özümü yoxlayacam. Hədəfim təbii ki, qızıl medal olacaq. Ölkəmə Olimpidanın qızıl medalını gətirmək üçün əlimdən gələni edəcəm”.

Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"