Tokio-2020: Azərbaycan 12-ci, Roman 3-cü qızılı qazandı

3 Sentyabr 2021 14:20 Tokio-2020 940
Tokio-2020: Azərbaycan 12-ci, Roman 3-cü qızılı qazandı

Azərbaycan para-üzgüçüsü Roman Saley Tokio-2020 Yay Paralimpiya Oyunlarında növbəti qızıl medalını qazanıb.

Sportinfo.az xəbər verir ki, o, 100 metr məsafəyə batterflay üsulu ilə üzmədə 57.81 saniyəlik göstərərək, bütün rəqiblərini qabaqlayıb.

Bu, Azərbaycanın paralimpiadada 12-ci, Saleyin isə 3-cü qızıl medalı olub. O, daha əvvəl 100 metr məsafəyə sərbəst üsulla və 100 metr məsafəyə arxası üstə üzmədə birinci yeri tutub.

Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda