TOKİO-2020: Gün başlamamış ikisi də uduzdu

29 İyul 2021 08:39 Tokio-2020 904
TOKİO-2020: Gün başlamamış ikisi də uduzdu

Tokio Olimpiadasından ardıcıl uğursuz xəbərlər gəlməkdədir.

Yarış meydanına çıxan daha iki təmsilçimiz Azərbaycanda gün başlar-başlamaz uduzaraq çıxışını başa vurub.

Superağır (+91) çəki dərəcəsində döyüşən boksçumuz Məhəmməd Abdullayev 1/8 finalda Bohodir Jalolov qarşısında aciz qalıb.

Dünya və üçqat Asiya çempionu olan özbək boksçusu təmsilçimizə 5:0 hesabı ilə qalib gəlib. Məhəmməd Abdullayev Tokioda mübarizəni dayandıran 3-cü boksçumuz olub.

Cüdoçu Zelim Kotsoyev (100 kq) yarışa uğurla start versə də, çox irəli gedə bilməyib. İlk görüşdə Fransa idmançısı Alexander İddirə qalib gələn Kotsoyev 1/8 finalda Kanada təmsilçisi Şadi El-Hanasa uduzaraq yarışı tərk edib.

Bununla da Zelim Kotsoyev Tokioda çıxışını medaısız başa vuran 7-ci cüdoçu, ümumilikdə isə 21-ci idmançımız olub.

SPORTİNFO. AZ

Xəbər Lenti