
İyulun 25-də cüdo üzrə milli komandamızın daha bir üzvü Tokio Olimpiadasında mübarizəyə qoşulacaq.
66 kq çəki dərəcəsində Orxan Səfərov tatami üzərinə çıxacaq. Avropa çempionu və dünya ikincisi olan Orxanın ilk rəqibi yetərincə tanıdığı Qazaxıstan təmsilçisi Yerlan Serikjanovdur.
2018-ci ilin vitse-dünya çempionu olan Serikjanov çəkisində medallara əsas namizədlərdən sayılır. Orxanla Serikjanovun görüşü 66 kq çəkidə ilk qarşılaşma olacaq və Bakı vaxtı ilə səhər 06:00-da başlayacaq.
Qeyd edək ki, cüdoçularımızdan Aişə Qurbanlı (48 kq) ilk, Kəramət Hüseynov (60 kq) isə 2-ci görüşdə uduzaraq olimpiadadakı çıxışını başa vurub.
SPORTİNFO.AZ