
Tokio Olimpiadasında boks yarışları sabah da davam edəcək.
Bu növdəki təmsilçilərimizdən iyulun 25-də Cavid Çələbiyev mübarizəyə qoşulacaq. Dünya çempionumuz 1\16 final mərhələsində ukraynalı Yaroslav Xartszla qarşılaşacaq.
Döyüş Bakı vaxtı ilə təxminən saat 08:30-da başlayacaq. Cavid Çələbiyev 2013-cü ildə Qazaxıstanda keçirilən yarışda dünya çempionluğunu qazanıb. 4 il sonra Bakıda təşkil edilən İslam Həmrəylik Oyunlarında növbəti uğura imza ataraq qızıl medala sahib çıxıb.
Daha 4 il keçib və Cavid Tokio Olimpiadasında mübarizə aparır. Görək, Çələbiyev özünün 4 ildən bir uğur qazanmaq ənənəsini Tokio-2020-də də davam etdirə biləcəkmi?
SPORTİNFO.AZ