Premyer Liqa klubu himayədarından zərbə aldı

19 Aprel 2020 22:40 Sumqayıt 780
Premyer Liqa klubu himayədarından zərbə aldı

«Sumqayıt»da növbəti «dalğalanma» qeydə alınıb.

Sportinfo.az-a verilən məlumata görə, «Azərikimya» mart ayının ödəmələrini klubun hesabına köçürüb.

Problem isə bununla əlaqədar yaranıb. Belə ki, sponsor təşkilat ötən ay üçün nəzərdə tutulan vəsaitin yalnız bir hissəsini qarşılayıb. Odur ki, əsas komandanın məşqçi və futbolçularının əməkhaqqısının yalnız 50 faizinin ödənilməsi mümkün olub.

Bu da kollekitivdə haqlı narazılıq yaradıb. Niyə də yox?! Axı «kimyaçılar» fevrala aid məvacibin də yalnız yarı hissəsini ala bilib. Öncəki 2 ayın ödəmələrinin yarı hissəsinin verilməsi «Sumqayıt»ın sponsoruyla bağlı ciddit sorunlar yaşamasının isbatıdır.

Əksər futbolçuların 50% maaşı almaqdan imtina edəcəyini görən klub rəsmiləri onları dilə tutub, vəd verib ki, marta olan ödəmələrin qalan hissəsi aprelin sonunadək qaytarılacaq.

Ümumiyyətlə, demək lazımdır ki, «Azərikimya» doğma şəhərin klubuna biganə yanaşmağa başlayıb. Bunun koronavirusla və ya başqa nə iləsə bağlantısı yoxdur. Sadəcə, şirkətdə Riad Rəfiyevi xoşlamırlar, ciddiyə almırlar, bir prezident kimi saymırlar.

Hər şey Kamran Quliyevin «Sumqayıt»ı «Neftçi»yə dəyişməsinldən sonra tədricən belə bir şəkil alıb. Əvvəlki prezidentin dönəmində bu kimi hallar demək olar yaşanmırdı.

Bəzən gecikmələr olurdu, ancaq bu qədər uzun çəkmirdi. Bu, baş verəndə də Quliyev əlaqələrini işə salıb, çətinliyi aradan qaldırırdı. Ya da ki, özü oradan-buradan borc tapıb, komandanın borcunu bağlayırdı.

Görünür, Riad Rəfiyev nə ona, nə də buna imkanı çatır və Don Kixot kimi ortalıqda tək qalıb.

Digər Xəbərlər
Xəbər Lenti