"Sumqayıt"da keçən 1 saat 20 dəqiqə - FOTOREPORTAJ

21 Yanvar 2020 09:28 Sumqayıt 973
"Sumqayıt"da keçən 1 saat 20 dəqiqə - FOTOREPORTAJ

Mövsümün qalan hissəsinə hazırlığı Türkiyədə davam etdirən “Sumqayıt” qonşu ölkədə növbəti məşqini keçirib.

Sportinfo.az xəbər verir ki, məşqdən əvvəl 20 yanvar hadisələrinin 30-cu ildönümü ilə əlaqədar olaraq şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla anılıb.

Baş məşqçi Ayxan Abbasov 20 yanvar hadisələri haqqında futbolçularımıza məlumat verib. Təxminən 1 saat 20 dəqiqə davam edən məşq prosesində əvvəlcə fiziki gücün artırılması, daha sonra isə müxtəlif toplu hərəkətlər üzərində çalışılıb.

“Sumqayıt” bu gün Antalyada növbəti yoxlama oyununu keçirəcək. Rəqib Polşa təmsilçisi “Arka” olacaq. Bələk bölgəsində yerləşən “Topkapı” otelinin stadionunda keçiriləcək matça yerli vaxtla saat 15:30-da (Bakı vaxtı ilə 16:30) start veriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda
16 Sentyabr 02:50 "Kəpəz"in 1000 oyunu var
16 Sentyabr 00:40 KADİ: “İnanmıram ki...”