"Rəqibimiz fiziki cəhətdən güclü komanda idi".
Sportinfo.az xəbər verir ki, bunu Konfrans Liqasının II təsnifat mərhələsində "Sumqayıt" ilə qarşılaşmadan sonra "Fehervar"ın baş məşqçisi Tamaş Peto mətbuat konfransında deyib.
Mütəxəssis çoxlu səhvlərə yol verdiklərini də etiraf edib:
"Mərhələ adladığımız üçün çox şadam, əvvəlcədən gözlədiyim kimi, çox çətin matç oldu. Komandamda yorğunluq hiss etdim.
Buna görə də çoxlu səhvlərə yol verdik. Az oyun keçirmişik. Oyunçuları rotasiya etməyə və komandanı yeniləməyə çalışdıq.
Xoşbəxtlikdən, bir neçə mövqedə istifadə edə biləcəyimiz oyunçularımız var".
"Fehervar" - " Sumqayıt" matçı 0:0 hesabı ilə yekunlaşıb. İki oyunun nəticəsinə görə (2:1, 0:0) Sumqayıt təmsilçisi Konfrans Liqasında mübarizəni dayandırıb.