
Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək "Sumqayıt" - Çukariçki" qarşılaşmasının biletləri iyulun 26-dan etibarən satışa çıxacaq.
Sportinfo.az xəbər verir ki, biletlər məhdud saydadır.
Biletləri "Kontakt Home" mağazalar şəbəkəsinin "Sumqayıt-3" (10-cu mikrorayon) filialından əldə etmək mümkündür.
"Sumqayıt" - "Çukariçki" qarşılaşması 29 iyul, saat 20:00-da "Kapital Bank Arena"da keçiriləcək.