Riad Rəfiyev futbolçuları necə və niyə aldadır?

7 May 2021 11:40 Sumqayıt 869
Riad Rəfiyev futbolçuları necə və niyə aldadır?

«Sumqayıt»ın prezidenti Riad Rəfiyev komanda üzvlərini məyus edib.

Sportinfo.az-ın məlumatına görə, o, verdiyi vədin arxasınca qaçıb.

Problem ondadr ki, «kimyaçılar» ölkə kubokunun finalına vəsiqə qazanmaqlarına görə onlara vəd olunan mükafatı hələ almayıb. «Qarabağ»ı mübarizədən kənarlaşdııran «gənclik şəhəri» təmsilçisi 40 min manatdan hələ də xəbər ala bilmir.

Belə götürəndə, heç əsas heyət üzvlərinə 1000 manat da düşmür. Ancaq Rəfiyev müxtəlif bəhanələrlə mükafatı gecikdirir, hətta çalışır ki, ümumi məbləği 10 min manat aşağı salsın.

Təbii ki, bu da düşərgədəkiləri qanıqara edib. Elə komandanın Premyer Liqanın son turunda «Sabah»a yenilginin kökündə də bu dayanır.

Görünür, Rəfiyev «Sumqayıt»ın ikinci dəfə avrokuboklara vəsiqə qazanmasını istəmir, mövcud olanla kifayətlənməyə razıdır.

Axı komanda qitə arenasına çıxarsa, büdcəni artırmaq lazım gələcək. Klub prezidenti ötən yay bunu etmədi, heyət dağıldı, ciddi tənqidlərə məruz qaldı.

İndi ona başqa işlər daha vacib və maraqlı gəlir. Məsələn, milliyə dəvət alan futbolçuları qiymətə mindirib, satışına nail olmaq. Bir neçə belə namizədi var, onların da müştərisi.

Onun gerçək məqsədi menecerlik fəaliyyətini qeyri-rəsmi olaraq davam etdirib, şəxsi büdcəsini böyütməkdir. Birinci dəfə deyil ki…

Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!