Millimizin çalışdırıcısı: “Rəqiblərlə başabaş mübarizə apara bilmirik"

17 Mart 08:20 Basketbol 538
Millimizin çalışdırıcısı: “Rəqiblərlə başabaş mübarizə apara bilmirik"

Azərbaycanın qadınlardan ibarət basketbol millisi rəqibləri ilə başabaş mübarizə apara bilmir.

Sportinfo.az xəbər verir ki, bunu "report"a açıqlamasında yığmanın baş məşqçisi Evren Alkaya bildirib.

O, komandanın Avropa çempionatının seçmə mərhələsində rəqiblərinə böyük fərqlə uduzmasının səbəbini qısa şəkildə izah edib:

"Geniş formada Ukrayna ilə keçirəcəyimiz matçdan sonra danışacağam. Lakin qısa olaraq bildirməliyəm ki, rəqiblərimizlə başabaş mübarizə apara bilmirik.

Çünki basketbolçularımızın yaşı da azdır. Hamısı U-18, U-19 yığmalarının oyunçularıdır.

Ukrayna ilə görüşdən sonra daha böyük açıqlama verməyi düşünürəm. Onsuz da hər matçın hekayəsi, demək olar ki, eynidir".

2027-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində Azərbaycan yığması Bolqarıstana (48:141, 40:120) və Monteneqroya (62:104, 35:94) hər iki oyunda, həmçinin Ukraynaya (34:98) məğlub olub.

Digər Xəbərlər
Xəbər Lenti
23 Avqust 20:00 Çək və bizə göndər!