Azərbaycan - Portuqaliya matçına hansı kanalda baxacağıq?

03:30 Milli komanda 119
Azərbaycan - Portuqaliya matçına hansı kanalda baxacağıq?

Sportinfo.az xəbər verir ki, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununu evdə Portuqaliya yığmasına qarşı keçirəcək.

azarkeşlər “Palms Sports Arena”da təşkil olunacaq görüşü televiziya vasitəsilə canlı izləyə biləcəklər.

Belə ki, martın 27-də baş tutacaq qarşılaşma “İdman TV” vasitəsilə canlı yayımlanacaq. Görüş saat 15:00-da başlayacaq.

B qrupunda yer alan millimiz 5 oyunda 5 xal toplayıb və 6 komanda arasında 5-ci pillədə qərarlaşır. Portuqaliya isə 13 xalla qrupa liderlik edir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti