17 yaşadək futbolçulardan ibarət Azərbaycan komandası martın 17-dən 20-dək Milli Komandaların Təlim-Məşq Mərkəzində hazırlıq keçəcək.
Sportinfo.az xəbər verir ki, millimiz Avropa çempionatının seçmə mərhələsinin II raundunun oyunları üçün martın 21-də Bolqarıstanın Plovdiv şəhərinə yollanacaq.
B Liqasının 2-ci qrupunda yer alan U-17 orada Bolqarıstan, Litva və Maltanın müvafiq yaş qrupundan ibarət komandassı ilə qarşılaşacaq.
24 mart
17:00. Bolqarıstan (U-17) – Azərbaycan (U-17)
Hakimlər: Mateo Tozan (Sloveniya), Jure Jamnik (Sloveniya), Darko Vidiniç (Şimali Makedoniya), Trpçevski Stoyanço (Şimali Makedoniya)
Plovdiv, “Xristo Botev” stadionu
27 mart
13:00. Litva (U-17) – Azərbaycan (U-17)
Hakimlər: Ozan Ergün (Türkiyə), Murat Altan (Türkiyə), Todor Vukov (Bolqarıstan), Georgi Stoyanov (Bolqarıstan)
Plovdiv, Nikola Şterev - Starika İdman Kompleksi
30 mart
14:00. Azərbaycan (U-17) – Malta (U-17)
Hakimlər: Trpçevski Stoyanço (Şimali Makedoniya), Darko Vidiniç (Şimali Makedoniya), Todor Vukov (Bolqarıstan), Georgi Stoyanov (Bolqarıstan)
Plovdiv, Nikola Şterev - Starika İdman Kompleksi
*Qeyd: Oyunların başlanma saatı Bakı vaxtı ilə göstərilib.

